#Region

Gürcüstanın hakim partiyası seçkilərdə qalib gəldiyini elan etdi

Nov 21, 22:53 / Mənbə: Report.az

Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər.

“Report” xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib:

“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, Gürcü Arzusu partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlament mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə Gürcü Arzusu 90 millət vəkili ilə təmsil olunacaq”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.