#Energetika

Azərbaycanda neft emalı zavodlarında emal azalıb - bp

Jul 10, 14:16 / Mənbə: Az.trend.az

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ildə Azərbaycanda neft emalı zavodlarında emal 118 min barel/sutka təşkil edib. 2019-cu ildə bu rəqəm 124 min barel təşkil etmişdi.

Trend bu barədə bp şirkətinin Dünya enerjisinin statistik icmalına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, ötən il neft emalı 5,4 faiz azalıb.

Ümumuilikdə, 2009-cu ildən 2019-cu ilədək Azərbaycanda gündəlik neft emalı 0,3 faiz artıb.

Ölkədə 2010-cu ildə 124 min barel/sutka, 2011-ci ildə 127 min barel/sutka, 2012-ci ildə 124 min barel/sutka, 2013-cü ildə 132 min barel/sutka, 2014-cü ildə 135 min barel/sutka, 2015-ci ildə 130 min barel/sutka, 2016-cı ildə 120 min barel/sutka, 2017-ci ildə 118 min barel/sutka, 2018-ci ildə 122 min barel/sutka neft hasil edilib.

bp-nin qiymətləndirməsinə əsasən, dünyada neft emalı zavodlarında emal 2019-cu ildə 82,954 milyon barel/sutkadan 2020-ci ildə 75,512 milyon barel/sutkayadək (9 faiz) azalıb.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.