#Energetika

“Samruk-Kazına” və “KazMunayGaz” Səhimdar Cəmiyyətlərinin nümayəndə heyətləri ``Sətti`` qazma qurğusunda görülmüş təkmilləşdirmə işləri ilə tanış olublar (FOTO)

Jul 02, 21:15 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri A.Satkaliyev və “KazMunayGaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri A. Aydarbayevin rəhbləriliyi altında nümayəndə heyəti ölkəmizə 1-3 iyul tarixlərini əhatə edən işgüzar səfərə gəliblər. Səfərin məqsədi “Sətti” özüqalxan üzən qazma qurğusunun təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olmaq, eləcə də neft-qaz sahəsində birgə cari layihələrin icrası barədə müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.

Trend-in məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti ayrı-ayrılıqda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdiniqinin Baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev və “Kaspian Drilinq Kompani Limited” MMC-nin baş direktoru Fərid Axundovla görüşlər keçirmişdir.

2 iyul tarixində nümayəndə heyəti "Kaspian Drilinq Kompani Limited" MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət etmişdir. SOCAR və BP şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Sətti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və hazırda cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat verilmişdir. Nümayəndə heyəti “Sətti” ÖÜQQ-da görülmüş təkmilləşdirmə işləri ilə yerində tanış olmuşdur.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.