#Energetika

``Neqsol Holding`` və ``Nobel Oil`` Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etməkdə maraqlıdırlar

Jul 02, 21:25 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov "Neqsol Holding" şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və "Nobel Oil" şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.