#Siyasət

Qırğızıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Jun 24, 22:09 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu qəbul edib.

Trend xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

"Qırğızıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri barədə fikir mübadiləsi aparıldı, nazir R. Kazakbayevin Azərbaycana gözlənilən səfəri də daxil olmaqla yüksək səviyyələrdə təmasların cədvəli müzakirə edildi", - məlumatda deyilir.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.