#Maraqlı

“Samsung” şirkəti “Mutual Transfer Alliance” qrupuna üzv olub

Jun 24, 21:15 / Mənbə: News.milli.az

Cənubi Koreya nəhəngi "Samsung" mobil qurğular - smartfon, planşet və s. arasında yeni simsiz lokal məlumat ötürmə standartını inkişaf etdirən "Mutual Transfer Alliance" (MTA) qrupuna qoşulub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "MTA" Alyansı iki il əvvəl Çinin "Xiaomi", "Oppo" və "Vivo" şirkətləri - dünyanın ən böyük smartfon tədarükçüləri tərəfindən yaradılıb. Standart faylların 20 meqabayt/saniyə sürətində mübadilə imkanını nəzərdə tutur.

Bir müddət əvvəl "MTA" qrupuna "OnePlus", "Meizu", "ZTE", "Black Shark" və "HiSense" kimi şirkətlər, eləcə də "Republic of Gamers" (ROG) oyun brendi ilə "ASUS" qoşulub. Bu dəfə isə alyansa "Samsung" şirkəti üzv olub.

Qeyd edək ki, "Samsung" şirkəti hazırda "Quick Share" adlı simsiz məlumat ötürmə funksiyasına malikdir. Yaxın gələcəkdə şirkətin mobil qurğularının "MTA" texnologiyasının dəstəyi ilə təchiz ediləcəyi gözlənilir.

Cənubi Koreya istehsalçısının "MTA" Alyansına daxil olması bu sistemin tezliklə populyarlıq qazanacağından xəbər verir. "Samsung" şirkətinin əksər regionlarda ən böyük smartfon tədarükçüsü olması "MTA" texnologiyasının populyarlığının artmasına xidmət edəcək.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.