#Cəmiyyət

Masazırda 1 ha ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Jun 24, 20:04 / Mənbə: News.milli.az

20:04

Masazırda 1 ha ərazidə quru ot, qamışlıq, təkər tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa zamanda yanğını ssöndürüblər.

--------

19:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Milli.Az-ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.