#Azərbaycanca

90 kilo arıqlayıb peşman oldu - FOTO

Jun 24, 03:53 / Mənbə: News.day.az

İngiltərənin Uitçerç şəhərinin 26 yaşlı sakini Coş Smit 90 kiloqram arıqladıqdan sonra peşman olub və hazırda bədəninin "ərimiş" kimi görsəndiyini deyir.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "The Mirror" yazır.

Coş 2009-cu ildə babası öldükdən sonra yaşadığı stressə yeməklə qalib gəlməyə çalışıb. 12 il öncə onun çəkisi 76 kiloqram olub, lakin Smitin hər gün pizza və çips yeyib litrlərlə "Coca-Cola" içdiyi üçün çəkisi artaraq 152 kiloqrama çatıb.

2017-ci ilin avqust ayında o, dostu ilə Amsterdama yollanıb. Məhz bu səfər Coşun arıqlamaq qərarına ciddi təsir edib.

"Şəhərdə ən kök insan olduğumuzu görüncə qayıdanadək arıqlamaq qərarına gəldik", - deyə britaniyalı gənc danışıb.

Beləliklə, Hollandiyada Coş 28,5 kiloqram arıqlaya bilib.

Bu qədər arıqlayacağını gözləməyən Smit qayıdarkən yeni həyat tərzini davam etdirməyi düşünüb və kaloriləri hesablamağa başlayıb: gündə 2800 kalori qəbul edən gənc bu rəqəmi 1400-ə çatdırıb.

Nəticədə çəki sürətlə düşüb və Coş 90 kiloqram arıqlayıb, lakin səhhətində problemlər yaranıb: ona anoreksiya diaqnozu qoyublub.

Bundan sonra Coş ekstremal pəhrizləri dayandıraraq sağlam qidalanmağa başlayıb.

Kəskin arıqladıqdan sonra sallanan dəri onu çəki atmağına peşman edib. Smit "ərimiş" görsəndiyini, ayaqlarının 70 yaşlı kişinin ayaqlarına oxşadığını deyir. Bu problemi isə yalnız cərrahi yolla həll etmək mümkündür.

Böyük Britaniyada belə bir əməliyyatın qiyməti 26 500 funt sterlinqdir (63 000 manat). Bu məbləği ödəməyə imkanı olmayan Smit özü üçün xeyriyyə fondu açıb.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.