#Təfsilat

“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir

Jun 21, 19:03 / Mənbə: Kaspi.az

Medianın İnkişafı Agentliyi və "ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.

Kaspi.az-ın məlumatına görə, seminarın növbəti günündə Aljazeera Media İnstitutunun nümayəndə heyəti iştirak edib. Seminar çərçivəsində ADA Universiteti ilə Aljazeera Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sonra Aljazeera-nın baş müxbiri Resul Serdar və meneceri Rene Ode "Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , "Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.

Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.