#Idman

Polşa televiziyası AVRO-2020 ölkələrinin bayraqlarını səhv saldı - FOTO

Jun 21, 18:42 / Mənbə: News.milli.az

Polşanın "TVP Sport" telekanalının əməkdaşları ciddi səhvə yol veriblər.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, kanalın efirində AVRO-2020-nin bugünki oyun proqramı açıqlanarkən yığma komandaların dövlət bayraqları yalnış əks olunub.

Sonradan məlum olub ki, kanal əməkdaşları dünən qarşılaşan millilərin dövlət bayraqlarını efir maketində dəyişməyi unudublar.

Məhz bu səbəbdən Ukrayna millisi Rusiya bayrağı ilə nişanlanıb. Həmçinin İngiltərə, Xorvatiya, Avstriya, Niderland və Şimali Makedoniyanın da dövlət bayraqları yalnış nümayiş edilib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.