#Maraqlı

Dik uçurumdan sallanan "dağ evi" - FOTO

Jun 14, 22:30 / Mənbə: News.milli.az

Minimalizm və qeyri-adi arxitekturaya həvəs göstərən iranlı gənc dizayner "dağ evi"nin fantastik konseptual layihəsini təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dizayner dərin bir dərənin üstündə asılı qalan 4 köhnə ağac ətrafında yerləşən futuristik bir yaşayış binasının - villanın modul konstruksiyasını hazırlayıb.

Layihə müəllifi nə dağın quruluşuna, nə də ərazidə böyüyən ağaclara təsir göstərmədən yaşayış yeri yaratmaq niyyətindədir. Bunu etmək üçün landşaftdan və qaya çıxıntıları şəklində maneələrdən, eləcə də şaquli olaraq yığılmış bir sıra modul konstruksiyalardan istifadə edib. Binanın divarları və qismən də tavanları şüşə panellərlə əvəz olunduğuna görə hər otaqdan ətrafa gözəl mənzərələr açılır.

Burada ailənin istirahəti üçün oyun və bilyard otağı, idman zalı və hovuz da nəzərdə tutulub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.