#Dünya

Brüsseldə Ərdoğan ilə Bayden arasında görüş keçirilib

Jun 14, 22:20 / Mənbə: News.milli.az

NATO zirvə görüşü çərçivəsində Brüsseldə yük səviyyəli Türkiyə-ABŞ danışıqları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasındakı dar və geniş tərkibdə görüş bir saat yarıma yaxın davam edib.

Co Bayden Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşü "çox müsbət" adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti bildirib ki, ABŞ lideri ilə görüş zamanı Ankaranın beşinci nəsil F-35 təyyarələrinin yaradılması proqramındakı iştirakı mövzusunu müzakirə etməyi planlaşdırır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.