#Idman

Çempionlar Liqası: “Neftçi”nin qarşılaşa biləcəyi komandalar açıqlandı

Jun 14, 22:12 / Mənbə: Oxu.az

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbir öncəsi Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibləri dördə enib.

Səpələnməmişlər sırasında yer alacaq flaqman I raundda “Ludoqorets”  (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib olacaq.

Qeyd edək ki, püşatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Zaur Xudiyev

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.