#Siyasət

Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

Jun 14, 20:59 / Mənbə: Az.trend.az

Bakı. Elgün Mənsimov - Trend:

Prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra reallaşdıracağı Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq.

Bunu Trend-ə açıqlamasında Türk Media Assosiasiyasının rəhbəri Əkrəm Kızıltaş deyib.

Onun sözlərinə görə, bu səfər zamanı keçən il azadlığına qovuşan Şuşanın ziyarət edilməsinin də ayrı bir önəmi var: "Türk dünyasının mədəniyyət mərkəzlərindən biri olan Şuşada Türkiyə-Azərbaycan qardaşlığı bir daha vurğulanacaq. Türkiyə-Azərbaycan birliyini möhkəmləndirəcək bu ziyarətlə bütün dünyaya iki ölkə arasındakı qardaşlığın güclənərək davam etməsi ilə yanaşı, regional məsələlərdə bərabər hərəkət etdikləri və edəcəkləri ilə bağlı güclü bir mesaj verilmiş olacaq".

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.