#Cəmiyyət

Ötən il respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb - ETSN

Jun 14, 20:54 / Mənbə: News.milli.az

Ötən il respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov "Ekspert saatı"nda deyib.

O bildirib ki, hər il olduğu kimi, 2020-ci ildə də tibbi tullantılarla bağlı uçotlar aparılıb: "Tibbi tullantılar dörd kateqoriyaya bölünür. Bunun içində COVID-19 virusu ilə bağlı olan tullantılar da mövcuddur. COVİD-19-la bağlı tullantılar 26 min kubmetr təşkil edib".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.