#Təfsilat

Azərbaycanın növbəti mühüm diplomatik nailiyyəti

Jun 14, 20:55 / Mənbə: Kaspi.az

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə verib. Heç şübhəsiz, bu, ötən il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanın əldə etdiyi ən mühüm diplomatik nailiyyətlərdən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Ermənistan tərəfindən minalanmış ərazilərimizin xəritələrinin ölkəmizə verilməsi istiqamətində beynəlxalq müstəvidə məqsədyönlü iş aparır və qətiyyətli mövqe nümayiş etdirir. Bunun nəticəsi olaraq respublikamız 97 min minanı özündə əks etdirən xəritələri əldə edə bildi. Bu, sadə və adi məsələ deyil. Çünki sözügedən xəritələrdən istifadə nəticəsində ərazilərin minadan təmizlənməsi, ilk növbədə, vətəndaşlarımızın həyat və sağlamlıqlarına qarşı təhdidlərin qarşısının alınması deməkdir. Digər tərəfdən, bu, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdış prosesini sürətləndirməyə şərait yaradan müsbət haldır.

S.Novruzov torpaqlarımızı işğaldan azad edən qüdrətli Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz hədəflərini ardıcıl olaraq reallaşdırdığını qeyd edib. Komitə sədri ərazilərin minalardan təmizlənməsi, bərpa-quruculuq və məskunlaşma kimi nəhəng strateji vəzifələrin gerçəkləşdirilməsinin ölkəmizin qüdrətini daha da artıracağını diqqətə çatdırıb.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.