#Idman

AVRO-2020: Slovakiya Levandovskili Polşaya qalib gəlir - VİDEO + YENİLƏNİR

Jun 14, 20:48 / Mənbə: Oxu.az

Komandalar fasiləyə yollandı. Slovakiya 1:0 qalib gəlir.

20:21

Slovakiya millisi 18-ci dəqiqədə hesabı açdı. “Mançester Siti”nin sabiq hücumçusu Robert Makın zərbəsindən sonra top Voislav Şçesnının başına dəyərək avtoqol olub. Bu, AVRO-2020-də Merih Demiraldan sonra ikinci avtoqoldur. Maraqlıdır ki, hər iki avtoqol sahibləri İtaliyanın “Yuventus” klubunun futbolçularıdır.

20:01

AVRO-2020-nin E qrupunda Polşa ilə Slovakiya arasında oyunu başladı.

Oxu.Az xəbər verir ki, hazırda görüşdə hesab açılmayıb.

Sankt-Peterburqun “Krestovski” stadionuna komandalar bu start heyətləri ilə çıxıb.

Polşa (4-3-3): Şçesnı, Bereşınski, Qlik, Bednarek, Rıbus, Linetti, Krıxovyak, Klix, Yozvyak, Levandovski (kapitan), Zelinski

Slovakiya (4-4-2): Dubravka, Huboçan, Şkrinyar, Şatka, Pekarik, Mak, Hromada, Kutska, Haraslin, Hamşik (kapitan), Duda.

Səbuhi Musayev

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.