#Təfsilat

Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

Jun 14, 20:52 / Mənbə: Kaspi.az

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1 542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.