#Cəmiyyət

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır (FOTO)

Jun 14, 20:18 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələrə start verilib.

RİİB-dən Trend-ə bildirilib ki, məqsəd uşaqlarda onkoloji xəstəlik əlamətlərini erkən yaşlardan aşkarlamaq və vaxtında müvafiq müalicə tədbirləri həyata keçirməkdir.

7-12 iyun tarixlərində Ağdam, Bərdə və Tərtər rayonlarında start verilən müayinələr zamanı Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən müxtəlif yaş qrupundan olan, ümumilikdə 1200-dən çox uşaq ödənişsiz tibbi müayinələrə cəlb edilib. Aparılan müayinələr zamanı, həmçinin digər patologiya aşkar olunan xəstələrin ixtisaslaşmış tibb müəssislərinə müraciət etməsi tövsiyə edilib, yerində məsləhətlər verilib.

RİİB-in könüllüləri uşaqların müayinələrə cəlb edilməsi, mövcud karantin rejiminin tələblərinə uyğun növbələrin tənzimlənməsi və əhalinin tibbi maarifləndirilməsi tədbirlərinə dəstək veriblər.

Səyyar müayinələrin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.