#Mədəniyyət

Nazir: “Prioritet Qarabağ abidələridir”

Jun 14, 20:27 / Mənbə: Kaspi.az

"Prioritet Qarabağ abidələridir, çünki indi dünyanın gözü Qarabağdadır. Ancaq bu o demək deyil ki, ölkənin başqa abidələri diqqətdən kənarda qalacaq”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Qarabağ abidələrinin bərpası prosesi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, digər regionlarda olan abidələrlə bağlı da planlar var: "Abidənin bərpa edilməsi məsələsində əsas meyar abidənin əhəmiyyəti, bugünkü vəziyyəti və turizm marşrutu üzərində olub-olmamasıdır”.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.