#Maraqlı

Barselona 2022-ci ildə Avropanın meşə paytaxtı adını qazanacaq

Oct 28, 06:30 / Mənbə: News.milli.az

2014-cü ildən bəri Bilbao, Sankt-Peterburq, Vyana, Oslo, Aberdin, Bonn Avropanın meşə paytaxtı adına layiq görülüb, Praqa bu şərəfə 2021-ci ildə nail olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2022-ci ildə Avropanın meşə paytaxtı Barselona seçilib. Namizədin seçim prosesinin yekun mərhələsində Madrid, Soriya (İspaniya) və Novi-Sad (Serbiya) şəhərləri Barselona ilə rəqabət aparıblar.

Syerra-de-Kolserola Təbiət Parkı, Kataloniya sahilboyu dağ silsiləsi və Qarraf Təbiət Parkı da daxil olmaqla, Barselonanın mərkəzi hissəsinin təxminən 40 faizi mühafizə olunan təbii məkandır.

2022-ci il ərzində Barselonada ətraf bioloji mühitin şəhər iqtisadiyyatına təsiri və təbii məkanlardan daha həmahəng istifadə mövzusu ilə bağlı çoxsaylı tədbirlər keçiriləcək.

2022-ci ilin oktyabrında keçiriləcək əsas konfransın isə bir neçə məkanda - "Hospital de Sant Pau"nun binasında (Avropa Meşə İnstitutunun mənzil-qərargahlarından biri burada yerləşir), "Valldaura Labs IAAC" elmi-tədqiqat institutunun və Syerra-de-Kolserola Təbiət Parkının ərazisində təşkil olunacağı gözlənilir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.