#Avropa

Fransada bir gündə 33 mindən çox insana COVID-19 diaqnozu qoyulub

Oct 28, 02:47 / Mənbə: Apa.az

Fransada COVID-19-a gündəlik 33 417 yeni yoluxma faktı qeydə alınıb. Həmçinin sutka ərzində 292 ölüm faktı müşahidə edilib.

APA xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan ölkədə ümumi yoluxanların sayı 1 198 695-ə çatıb.

Ümumilikdə xəstəxanalarda 18 955 koronavirus xəstəsi var ki, onlardan 2988-i son 24 saat ərzində xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbələrində 2909 ağır xəstədən 431-i son sutkada daxil olub.

Ölkədə yenidən karantin rejimi tətbiq olunmasına dair fikirlər səsləndirilir.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.