#Dünya-xəbərləri

ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

Oct 28, 01:31 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Dünyada son həftədə yeni növ koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən həftə ərzində 2,8 milyondan artıq insan yeni koronavirusa yoluxub, təxminən 40 min nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 42 milyondan, ölənlərin sayı isə 1,1 milyondan artıqdır.

Bildirilir ki, hazırda yoluxma hallarında böyük artın Avropa regionunda müşahidə edilir - bir həftə ərzind 1,33 milyondan artıq yoluxma qeydə alınıb.

Ötən həftə ərzində yoluxma sayına görə ikinci yerdə Şimali və Cənubi Amerika yerləşib - burada bir həftə ərzində koronavirusa 884 mindən artıq insan yoluxub.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.