#Maraqlı

Honda benzinlə işləyən avtomobillərdən imtinanı sürətləndirir

Oct 22, 23:45 / Mənbə: News.milli.az

Honda şirkəti Avropada benzinlə işləyən avtomobillərin istehsalını əvvəlcədən planlaşdırıldığı kimi 2025-ci ildə deyil, 2022-ci ilin sonuna qədər bitirmək niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Yaponiya şirkəti 2022-ci ilədək Avropada dizel yanacaqlı avtomobillərin istehsalını da dayandıracaq, Böyük Britaniyada isə artıq avtosalonlar yaxın həftələrdə bu tip son modelləri satacaqlar.

Şirkətdən bildirilib ki, bundan sonra hibrid və elektrikli avtomobillərin istehsalına üstünlük veriləcək.

Honda hazırda Avropada məşhur CR-V və Jazz hibridlərini, həmçinin Honda e elektromobilini istehsal edir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.