#ümumi

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin isə vəzifələri artırılır

Nov 22, 23:01 / Mənbə: Banco.az

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin isə vəzifələri və məüsuliyyəti artırılır.

Bu, Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və  Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi üzrə içşinin işgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada icbari tibbi sığorta, işsizlikdən sığorta qaydalarından da istifadə etmək hüququ olacaq.

Eyni zamanda, əmək münasibətləri sahəsində işəgötürənin də işçilərin tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etməlidir.

Həmçinin təklif edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin məzmunu da dəyişəcək. Belə ki, əmək müqaviləsində həmçinin məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması ilə bağlı məlumatlar da göstərilməlidir.

Əmək Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması ilə barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

APA

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.