#Məsləhət

Stresli müsahibədə necə uğur qazanmaq olar?

Nov 22, 22:52 / Mənbə: Banco.az

Elə hallar olur ki, işaxtaran müsahibəyə gedir və onu kiçik bir otaqda tək qoyub 10-15 dəqiqədən sonra qayıdırlar (İş nisbətən qapalı məkanda, kiçik bir otaqda uzun müddət qalmağı özündə ehtiva etdiyi üçün və s. səbəblərə görə ola bilər). Ya da müsahibə əsnasında namizədi gərginləşdirəcək suallar verirlər. Bu taktika namizədlərin güclü emosional təzyiqlərə məruz qalması və rahatlıq vəziyyətindən çıxması üçün tətbiq olunur.

Həmçinin oxu: İş müsahibələrində yol verilən 6 KOBUD SƏHV 

Stresli müsahibələri xarakterizə edən cəhətlər nələrdir? 

Bütün bunlar nəyə lazımdır?

İşəgötürən ərizəçinin gərgin situasiyalarda necə davrandığını görmək istəyir. Bu vəziyyətlər əmək fəaliyyətində yarana bilər, buna görə də HR-mütəxəssislər müxtəlif qeyri-standart ssenariləri əvvəlcədən hazırlayır və namizədi müşahidə edirlər. Bu, işəgötürənə konflikt səviyyəsini, işaxtaranın emosional intellektini, idarəetmə keyfiyyətlərini və ya tamamilə və qeyd-şərtsiz tabe olmağa hazırlığını qiymətləndirməyə kömək edir. Müsahibə gərgin keçməyə də bilər. Lakin yenə də hər cür vəziyyətə hazırlaşmaq tövsiyə olunur. Unutmayın ki, necə keçirsə keçsin, müsahibə sadəcə potensial işəgötürənlə tanışlıqdır. Üstəlik, müsahibə yalnız sizin üçün deyil, həm də işəgötürən üçündür. Odur ki, çəkinmədən suallarınızı verin, qaranlıq qalan məqamları aydınlaşdırın, CV göndərdiyiniz şirkət və orada iş proseslərinin təşkili ilə maraqlanın. Bundan əlavə, aşağıda göstərilən məsləhətlərə əməl etməyə çalışın ki, istənilən müsahibəni minimal streslə başa vurasınız. 

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.