#Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva: Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

Oct 20, 18:19 / Mənbə: Kaspi.az

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.