#Futbol

"Barselona"nın prezidenti karantinə alındı

Oct 20, 18:16 / Mənbə: Report.az

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu karantinə alınıb.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna 57 yaşlı funksionerin koronavirusa yoluxmuş qohumu ilə təmasda olmasıdır. Bartomeunun ilk testinin nəticəsi mənfi olub. O, ikinci testinin nəticəsini gözləyir.

Klub prezidenti bu gün Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun Macarıstan “Ferentsvaroş"u ilə görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Barselona şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.