#Xarici-siyasət

Latviyalı deputatdan Azərbaycana dəstək

Oct 20, 18:02 / Mənbə: Report.az

Latviya Respublikası Seyminin deputatı Romans Naudinş Ermənistan terrorçularının dinc insanlara hücumlarından sonra Azərbaycana dəstək ifadə edib.

"Report"un əldə etdiyi məlumata görə, Romans Naudinş Gəncədə onlarla dinc sakinin həlak olması ilə nəticələnən raket hücumundan sonra öz yaşadığı evin eyvanından Azərbaycan və Latviya bayraqlarını asıb.

Xatırladaq ki, Ermənistan "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumlar həyata keçirir. Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.