#Cəmiyyət

Prezident: “Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük”

Oct 20, 17:51 / Mənbə: Kaspi.az

"Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, onlara layiq olan yeri göstərmişik: "Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü!”

Otuz il ərzində Ermənistan rəhbərliyinin öz dırnaqarası güclü ordusu haqqında uydurmalar ortaya atdığını, miflər yaradığını qeyd edən dövlətimizin başçısı deyib: "Haradadır bu "yenilməz Ermənistan ordusu?” Görün, baxın, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.