#Maraqlı

Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir

Oct 18, 11:50 / Mənbə: News.milli.az

Uşaqlara immunitet sistemini gücləndirmək üçün açıq havada və palçıqda oynamağa icazə verilməlidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Helsinki Universitetinin alimləri bununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.

Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar.

Digər bir qrup isə şəhərdə qalıb.

Araşdırmaya görə, meydançalarda oynayan uşaqların dəridəki bakteriyaların müxtəlifliyi artıb ki, bu da immunitet sistemini gücləndirib. Bundan başqa, onların qan nümunələrində iltihab əleyhinə IL-10 zülalının miqdarı artıb.

Alimlər uşaqların torpağın üst qatındakı mikroblarla təmasın vacib olduğu qənaətinə gəliblər.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.