#Web-tv

Ermənistan döyüşdə 4-5 milyard dollarlıq hərbi texnika itirib - VİDEO

Oct 17, 21:54 / Mənbə: Xezerxeber.az

İyirmi bir gündə

düşmən ordusunun döyüş meydanında xeyli sayda hərbi texnikası sıradan

çıxarılıb.

Xezerxeber.az-ın

məlumatına görə, Prezident İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən

məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb.

Dövlət

başçısı xalqa müraciətində bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın

234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb. Bundan başqa, düşmənin

49 piyada döyüş maşını məhv edilib, 24-ü qənimət

kimi götürülüb, 16 ədəd

özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd

"Uraqan" sistemi, 1 ədəd TOS odsaçan, 3

TOR zenit-raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv

edilib.

Hərbi ekspert Rəşad

Süleymanov deyib ki, bu döyüşlərdə Ermənistanın 3 tank briqadası dağıdılıb və bu

da ordu üçün ciddi itki hesab edilir.

Hərbi ekspert bildirib

ki, ordumuz düşmənə məxsus uzunmənzilli 2 ədəd S-300 zenit-raket kompleksini

kamikadze dronla vurmaqla dünya tarixində

bir ilkə imza atıb. Ermənistan ordusuna məxsus 2 ədəd "Elbrus" əməliyyat-taktiki

raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd OSA zenit-raket kompleksi, 5 KUB və

Kruq zenit- raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd

yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb.

Hərbi ekspert

düşmənin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının qiymətinin

milyardlarla dollar olduğunu deyir.

Qeyd edək ki,

bu məbləğ Ermənistan kimi kiçik və kasıb ölkə üçün çox böyük zərər, ordusu üçün isə zərbə deməkdir.

Xezerxeber.az

mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

" frameborder="0" allowfullscreen>

Xəbərin mənbəsi: Xezerxeber.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.