#Web-tv

Gəncə şəhəri erməni terroru ilə üz-üzə - VİDEO

Oct 17, 22:01 / Mənbə: Xezerxeber.az

Günahsız körpələr,

əliyalın mülki əhali...

Söhbət Gəncə

terrorundan sonra çəkilən görüntülərdən gedir.

Xezerxeber.az-ın

məlumatına görə, Ermənistan silahlı qüvvələri yenə öz mənfur

niyyətlərini həyata keçirdi. Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda

davam edən Ermənistan ordusu dünən gecə saat 01:00 radələrində döyüş bölgəsindən

tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən

raket zərbələri endirdi.

Ermənistanın Gəncəni atəşə

tutması nəticəsində ölənlərin sayı 14, yaralananların sayı isə 55 nəfər olub.

Amma baş verən hadisələrə baxmayaraq, Gəncə sakinləri

öz evlərini heç vaxt tərk etməyəcəklərini bildiriblər.

Əraziyə cəlb

olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dağıntılar altından xəsarət almış və ya həyatını

itirmiş şəxslərin axtarışını davam etdirirlər.

Xezerxeber.az

mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

" frameborder="0" allowfullscreen>

Xəbərin mənbəsi: Xezerxeber.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.