#Karabakh

“Bona Dea” Beynəlxalq Hospitalı cəbhəyə bir milyon manatlıq tibbi yardım göndərib - VİDEO

Oct 17, 21:35 / Mənbə: Baku.ws

“Bona Dea” Beynəlxalq Hospitalı Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusuna dəstək olub.

Belə ki, “Bona Dea” Beynəlxalq Hospitalı rəhbərliyi cəbhə xəttinə bir milyon manatlıq tibbi yardım göndərib.

Müvafiq qurumlara təhvil verilən tibbi avadanlıq və ləvazimatlar, oradan ön xətt bölmələrindəki hərbi hospital və xəstəxanalara göndəriləcək.

“Bona Dea” Beynəlxalq Hospitalının həkim kollektivi yaralı hərbçilərimiz sağlamlığına qovuşması üçün tibbi yardım göndərilməsi ilə yanaşı, onların müalicəsində iştirak etmək niyyətlərini də bildiriblər.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.