#Futbol

Dieqo Simeone La Liqada 200 qələbə səddinə çatan 10-cu məşqçi olub

Oct 17, 22:32 / Mənbə: Apa.az

İspaniya La Liqasının VI turunda “Atletiko” “Selta”nı səfərdə 2:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, madridlilərin baş məşqçisi Dieqo Simeone bu matçda komandanın sükanı arxasında ölkə çempionatında 200-cü qələbəsini qazanıb. O, buna 330-cu qarşılaşmasında nail olub. Argentinalı İspaniya çempionatlarında eyni komandada bu göstəriciyə çatan ikinci mütəxəssis kimi tarixə düşüb. Bu baxımdan liderlik “Real”ın sabiq çalışdırıcısı Migel Munyosa (257 qələbə) məxsusdur. Ümumilikdə isə Simeone La Liqada 200 qələbə səddinə çatan 10-cu məşqçi olub. Elerio Errera və Con Toşaka çatan çalışdırıcı Viktor Fernandes (202), Xavyer Klemente (205), Ernesto Valverde (213), Ferdinand Dauçik (234), Xavyer İrureta (259), Migel Munyos (323) və rekordçu Luis Araqonesdən (344) geri qalır. Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.