#Siyasət

“Makronla İlham Əliyev sıx təmasdadır” — Fransalı səfir

Oct 18, 21:47 / Mənbə: Qafqazinfo.az

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Prezident İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsindən ölkəsi ilə bağlı fikirlərini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, səfir İlham Əliyevdən sitat gətirib:

“ “Biz həmin səhifəni bağlamışıq”. Həqiqətən də! Buna görə çox minnətdaram”.

Qross qeyd edib ki, fransalı Prezident Emmanuel Makronla İlham Əliyev son həftələr ərzində sıx təmasdadırlar:

“Hətta fikir ayrılıqları olanda belə, iki lider arasında hörmət olub”.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.