#Maraqlı

Dost insanı cənnətə də aparar, cəhənnəmə də

Oct 18, 20:40 / Mənbə: News.milli.az

Hər bir möminin bu dünyadakı əsil hədəfi - kamala çatmaqdır. Kamala çatmaq üçün isə insan elə əməllər yerinə yetirməlidir ki, Allahı razı salsın və narazı olan əməllərindən uzaq olmalıdır.

Bu cür əməllər çoxdur. Onlardan bəzisi ilə tanış olaq.

Allahı razı salmaq üçün nədən uzaq olmalıyıq?

1. Günahdan və nəfsani istəklərdən uzaq olmaq. Allahı razı salmaq istəyən insanın ilk hədəfi bu olmalıdır ki, günahdan uzaq olsun və nəfsani istəklərinin ardınca getməsin. İnsanın günah etməsi və nəfsani istəklərinə tabe olması - rəzil əxlaqi sifətlərdəndir ki, onu Allah dərgahından uzaqlaşdırar.

"Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).

2. Milli.Az deyerler.org-a istinadən bildirir ki, pis dostdan və yoldaşdan uzaq olmaq. İnsanın bədbəxt olmasına şərait yaradan amillərdən biri də pis dostun olmasıdır. Çünki insanın dostunun ona təsiri vardır - istər yaxşı insan olsun, istərsə də pis insan. Odur ki, insan yaxşı insanlarla dost olmalı və pis adamlardan uzaq olmalıdır. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).

Allahı razı salan əməllər:

1. Təfəkkür etmək. Əgər insan öz halı və rəftarı barəsində təfəkkür edərsə, öz mahiyyətini dərk edər. Hər kim özünü dərk edərsə - Allahı dərk etmiş olar. Hər kim Allahı dərk edərsə - kamala çatar. İmam Əli (ə) buyurur: "Təfəkkür ilə qəlbini ayılt və gecə belini yataqdan uzaq tut və Allahın ardıcılı ol". (Beytutə)

2. Saleh insanlarla dost və yoldaş olmaq. "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir)". ("Tövbə" 119).

Allah Təala bizləri gözəl əməllərə doğru Özü yönəltsin!

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.