#Maraqlı

Hansı hallarda həya etmək qadağandır?

Oct 18, 19:40 / Mənbə: News.milli.az

Həya - o fəzilətli sifətlərdəndir ki, insanın ağlının və imanının göstəricisidir. Hər kimin həyası olar - onun imanı olar. Ağlından düzgün istifadə etməyi bacarar. Həyanın bizim həyatımıza göstərdiyi təsirlər ilə tanış olaq:

1. Allahın məhəbbəti. Həzrət Peyğəmbər (s) buyurur: "Allah həyalı, utancaq və pak ətəkli insanı sevər".

2. İffətli və pak ətəkli olmağa səbəb olar. İmam Əli (ə) buyurur: "Həyanın səmərəsi - iffət və pak ətəkli olmaqdır".

3. Günahların pak olması. İmam Səccad (ə) buyurur: "Dörd şey vardır ki, hər kimdə olarsa İslamı kamil və günahları pak olar. Allahla o halda görüşər ki, ondan razı olar. O kəs ki, insanların faydasına olan şeyi Allah üçün yerinə yetirər, dili insanlarla doğru olar, o şey ki, insanların və Allahın yanında çirkindir, xəcalət çəkər, ailəsi ilə xoş rəftar olar".

4. Aqilin həyadan apardığı faydalar. Həzrət Peyğəmbər (s) buyurur: "O şey ki, həyadan nəşət alar: mülayimlik, mehribanlıq, aşkarda və gizlində Allahı nəzərə almaq, salamatlıq, pisliklərdən uzaq olmaq, xoşüzlü olmaq, güzəşt və bağışlamaq, insanların arasında xoş ada malik olmaq - bunlar o faydalardır ki, aqil insan həyadan aparar".

Bəs hansı hallarda həya etməyə icazə verilmir?

Baxmayaraq ki, həya fəzilətli sifətlərdən hesab olunur, ancaq bəzi hallarda dinimiz həya etməyi bəyənmir. Bu hallar hansılardır?

1. Haqqı deməkdən həya etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Heç bir əməli riya və özünü nümayiş etdirmək üzündən yerinə yetirmə və həya, xəcalət üzündən onları tərk etmə".

2. Elm və təhsil almaqda həya etmək. İmam Əli (ə) buyurur: "Heç kəs bilmədiyini öyrənməkdən xəcalət çəkməsin".

3. Halal ruzi qazanmaq üçün həya etmək. İmam Sadiq (ə) buyurur: "O kəs ki, halal ruzi əldə etmək üçün həya etməzsə, Allah onun ailəsini Öz nemətlərindən bəhrələndirər".

4. Qonağa qulluq etməkdə həya etmək. İmam Əli (ə) buyurur: "Üç şey vardır ki, ondan xəcalət çəkmək lazım deyildir: o cümlədən qonağa xidmət etməkdən".

5. Böyuklərə ehtiram qoyan zaman. İmam Əli (ə) buyurur: "Üç şey vardır ki, onlardan həya etmək lazım deyildir: o cümlədən ata və müəllim üçün yerindən qalxmaq".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.