#Maraqlı

Təqvanı gücləndirmək üçün 6 vasitə

Oct 18, 19:15 / Mənbə: News.milli.az

İnsanın daxilində yaxşılıqlara meyil və pisliklərdən uzaq olmaq hissi vardır. Çox az insan tapılar ki, fitri cəhətdən belə olmasın. Peyğəmbərlərin (ə) də əsil hədəfi insanlarda olan bu hissi gücləndirmək olmuşdur. Bu hiss həyata keçərsə, insanda təqva meydana gətirər. İnsan yaxşılıqlara meyil edər və pisliklərdən uzaq olar.

Təqva odur ki, insanın daxilində yaxşılıqlara meyil etmək və pisliklərdən uzaq olmaq hissi sabit hala keçir, güclü daxili keyfiyyət olaraq səciyyələnir.

Bəs necə edək ki, təqvamız güclənsin?

Bunun üçün bəzi tövsiyələrə diqqət edək.

1. Allahla rabitəyə diqqət etmək. Bir çox ayə və hədislərdə təqva sözü həmişə Allah sözü ilə bir yerdə işlənir. Bu da o deməkdir ki, təqva Allahla rabitə zamanı məna əldə edir. "Ey iman gətirənlər, Allahdan qorxun". ("Bəqərə" 278).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, iman, təqva olmadan həqiqi olmaz. İmam Əli (ə) buyurur: "İman, təqva olmadan fayda verməz".

2. Biliyi artırmaq. Dini maarifdən xəbərdar olmaq, Allahın hökmlərini bilmək, ağlın və dinin hökmlərini bilmək - təqvanın güclənməsinə təsir edər. O kəslərin ki, çirkin və pis işlərdən xəbəri yoxdur, onları tərk edə bilməz. Ona görə də dini elmin olması - təqvanı gücləndirməyin ən zəruri amillərindəndir.

3. Allaha pərəstişi təmrin etmək. Əgər təqvanı şeytanla (lən) mübarizədə bir səngərə bənzətsək, o zaman Allaha pərəstiş bu səngərdə insana əmr edən komandır olar. İnsana nə edəcəyini söyləyər. Əgər insanın bu komandırlə rabitəsi güclü olarsa, müqaviməti də güclü olacaqdır, əks halda məğlub olacaqdır.

Odur ki, insan Allaha pərəstişi gərək təmrin etsin, olduğu səviyyə ilə kifayətlənməsin və daim öz üzərində işləməyə çalışsın.

4. Oruc tutmaq.

5. Quran oxumaq.

6. Gecə namazı qılmaq. (İslami saytlara istinadən)

Allah Təala bizlərə bu işləri sevdirsin!

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.