#Maraqlı

Əhli-sünnə və şiə məzhəbləri hansı qollara bölünürlər?

Oct 18, 19:55 / Mənbə: News.milli.az

Əhli-sünnə məzhəbinin etiqadi və fiqhi əsasda bir neçə qolu vardır. Məsələn, etiqadi məsələlərdə sünnilər əşəri və matüridi qollarına, fiqhi məsələlərdə isə hənəfi, şafii, maliki və hənbəli qollarına bölünürlər. Şiə məzhəbi də İslamın ilk dövrlərindən etibarən bir neçə qola bölünmüşdür. Bu qollar əsasən etiqadi məsələlərdə bir-birindən fərqlənir. Tarix boyunca şiəliyin keysaniyyə, zeydiyyə, cəfəriyyə (isna-əşəriyyə), ismailiyyə, şeyxiyyə, üsuliyyə, əxbariyyə, vaqifiyyə, fətəhiyyə və s. qolları mövcud olmuşdur. Bu qolların bir çoxu tərəfdarlarının azlığı və ideoloji zəifliyi üzündən aradn getmişdir. Hazırda dünya şiələrinin əksəriyyəti 12 imama etiqad bəsləyən cəfəriyyə (isna-əşəriyyə) qoluna mənsubdur. İmam Zeynülabidindən (ə) sonra oğlu Zeydin imamətini qəbul edən zeydiyyə, İmam Sadiqdən (ə) sonra oğlu İsmailin imamətini qəbul edən ismailiyyə qollarının tərəfdarları da bəzi ölkələrdə icma halında yaşayırlar. Əsasən fiqhi fərqliliklərə sahib olan əxbariyyə qolunun da az sayda tərəfdarları vardır. Lakin hazırki dövrdə şiə deyərkən məhz cəfəri məzhəbi nəzərdə tutulur.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.