#Maraqlı

Ohayoda yaşayan iş adamından Azərbaycana dəstək — Foto

Oct 18, 15:22 / Mənbə: Qafqazinfo.az

ABŞ-ın Ohayo ştatının Columbus şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Nəsibov iri ticarət mərkəzinin (Mall) içərisində Azərbaycan Mərkəzi açıb. 

Daisporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, mərkəzdə Azərbaycan dövlətinə dəstək məqsədilə, “KarabakhisAzerbaijan!”, “StopArmenianAggression” şüarları asılıb. Eyni zamanda, Ohayoda əsas yollardan birində körpünün üzərinə də bu şüarlar yazılmış baner yerləşdirilib.

Bununlada soydaşımız şəhər ictimaiyyətinə və qonaqlara Azərbaycanın haqq səsini çatdırır, işğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz edir, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər kəsə bir daha bəyan edir.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.