#Maraqlı

Alkoqol, tütün və narkotiklər hamilələrə və körpələrə necə təsir edir?

Oct 17, 19:40 / Mənbə: News.milli.az

Zərərli vərdişlərin orqanizmdə çoxsaylı mənfi təsirlərinin olduğunu bilirik. Bu barədə vaxtaşırı maarifləndirici məlumatlar açıqlanır. Hamilələrin spirtli içkilər, tütün, narkotiklərdən istifdaəsi isə daha böyük fəsadlara səbəb olur.   

Onlar hansılardır?

Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin hazırladığı  (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) məqaləni təqdim edir:

Xroniki olaraq spirtli içki içən qadınların uşaqlarında aşağıdakılar müşahidə olunur:

34,5% hallarda vaxtından əvvəl doğulanlar

19% hallarda fiziki cəhətdən zəiflik.

3 % hallarda müxtəlif inkişaf ləngiməsi

Hər gün təxminən 6 stəkan şərab içən hamilələrdə alkoqol sindromlu uşaqlar doğulur. Yenidoğulmuşlarda alkoqol sindromunun inkişafı, dölün normal inkişafı üçün zəruri olan fol turşusunun azalmasına səbəb olur, dölə zəhərli təsir göstərir.

İçki içən qadınların yeni doğulmuş uşaqlarında bunlar qeyd olunur:

Fiziki və zehni inkişafda ümumi ləngimə və beyin formalaşmasının pozulması (beynin ölçüsünün azalması və beynin sulu şişi)

Nevroloji pozuntular (titrəyən əzalar, qıcolmalar, əzələ tonusunun azalması)

Zəif əmmə refleksi.

Anadangəlmə ürək və böyrək qüsurları.

İnkişaf ləngiməsi ilə doğulan uşaqlara xarakterikdir:

Qısa və dar göz yarıqları.

Dar və əyri alın.

Qalınlaşmış yuxarı dodaq.

Kiçik alt çənə.

Psixomotor, xüsusən nitq inkişafında ləngimə.

Emosional və əqli inkişafda ləngimə

Siqaret çəkən qadınların yeni doğulmuş körplərinin çəkisi siqaret çəkməyənlərə nisbətən daha azdır, bu nikotinin uşaqlığın damarlarına birbaşa təsiri və siqaret çəkən zaman qanda oksigen çatışmazlığının yaranması ilə izah olunur.

Membranların tez-tez yırtılması və plasentanın vaxtından əvvəl ayrılması vaxtından əvvəl doğuşun baş verməsinə səbəb olur. Dölün toxumalarında toplanan və siqaret tüstüsündən ananın ciyərlərinə girən qatranlar yenidoğulmuşlarda bədxassəli şiş riskini xeyli artırır.

Narkotiklər arasında kokain embrionda və döldə pozuntuların yaranmasına səbəb olur. Narkotik istifadə edən hamilə qadınlarda  plasentanın vaxtından əvvəl ayrılması səbəbindən körpənin də vaxtından əvvəl doğulması halları baş verir. Bundan başqa, uşaqlarda pozulmuş əmmə refleksi, mədə-bağırsaq traktının pozulması, əsəbilik, narahatlıq ilə xarakterizə olunan anadangəlmə narkotik asılılığı da müşahidə olunur.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.