#Rusiya

Zelenskinin bu hərəkəti Putini qəzəbləndirdi - FT

May 18, 11:44 / Mənbə: News.milli.az

Vladimir Zelenski Ukrayna prezidenti olduqdan sonra onun bir hərəkəti Kremlin qəzəbinə səbəb oldu.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" yazıb.

Qeyd olunub ki, Zelenskinin Müxalif Platforması - Həyat naminə Partiyasının sədri Viktor Medvedçuka sanksiyalar tətbiq edərək, onun aktivlərini dondurması, nəzarətindəki üç televiziya kanalını bloklaması Putini qəzəbləndirib.

Bəzi analitiklərə görə, Rusiya qoşunlarının Ukrayna sərhədinə ötən ay yerləşdirilməsinin bir səbəbi də bu ola bilərdi.

Qeyd edək ki, Viktor Medvedçuk ölkəyə xəyanətdə şübhəli bilinərək, ev dustaqlığına məhkum edilib.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.