#Region

Ermənistanda axtarışda olan keçmiş nazir tutulub

May 18, 12:41 / Mənbə: Report.az

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Moskavdan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.

Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.

Qeyd edək ki, Q.Beqlaryan 2006-cı ildən keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının üzvüdür. O, 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə isə nəqliyyat və rabitə naziri işləyib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.