#şou-biznes

Elgizdən qalmaqallı hərəkət - Əməkdar artistin səsyazısını yaydı

May 18, 11:54 / Mənbə: News.milli.az

Əməkdar artist Gülbahar Şükürlü ilə aparıcı Elgiz Əkbər uzun müddətdir küsülü imiş.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda qarmon ifaçısı "Elgizlə izlə"yə zəng edərkən deyib. O bildirib ki, Elgizə səsyazıb, o isə bunu efirdə yayıb.

"Bizim qardaş-bacı münasibətimiz var. Bir gün eşitdim ki, səhhətində problem yaranıb, xəstəxanaya düşüb. Həmin günün axşamı ona yazdım ki, səndən nigaranam, haradasan? Mənə səs göndərdi ki, problem yoxdur, hər şey yaxşıdır, əməliyyat olacam, evə gələcəm. Mən də səsi efirə verdim ki, baxın yaxşıdır. Gülbahar xanım dedi ki, gözüm səni görməsin, niyə səsimi yaydın?" deyə, Elgiz bildirib.

G.Şükürlü "Keçdi getdi. Amma düz etmədin. Başqası da etsəydi, xoşuma gəlməzdi" deyərək, irad bildirib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.