#Milli-məclis

Gəncə Apellyasiya Məhkəməsinə iki hakim təyin edilir, biri vəzifəsindən azad olunur

May 18, 12:36 / Mənbə: Report.az

Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı parlamentə “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.