#Digər-ölkələr

Hindistanda “Tauktae” siklonunun qurbanlarının sayı artıb

May 18, 12:35 / Mənbə: Report.az

Hindistanın qərb sahillərində tüğyan edən “Tauktae” siklonu 12 nəfərin ölümünə səbəb olub, təxminən, 120 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Hindistanın “India TV” telekanalı məlumat yayıb.

Məlumata görə, şənbə günündən etibarən yağan güclü yağışlar səbəbindən cənub-qərbi Karnataka ştatında 120 evə zərər dəyib.

Bundan başqa, fəlakət nəticəsində Mumbay sahillərindən 175 kilometr aralıda 273 nəfəri daşıyan barja batıb. Göyərtədə olanlardan 132 nəfər xilas edilib. Hindistan donanması təxminən 120 nəfərin axtarışını davam etdirir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.