#Azərbaycanca

Peyvəndin varsa, buyur içəri, özü də maskasız!

May 18, 11:50 / Mənbə: News.day.az

ABŞ-ın ən iri iaşə xidmətlərindən biri, dünyanın bir nömrəli kofehaus şəbəkəsi Starbucks bundan sonra COVID-19 vaksini vurduran müştərilərin öz kofe restoranlarına maskasız daxil olmasına və içəridə olduğu müddətdə maskasız sərbəst hərəkətinə icazə verib.

Marja xəbər verir ki, şirkət ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin maskalarla bağlı təlimatını dəyişməsini əsas götürərək, karantin və maska siyasətinə dəyişiklik edib.

Yeni qaydalara görə, koronavirus infeksiyasına qarşı tam peyvənd olunmuş (hər iki dozanı vurdumuş) müştərilər maskasız Starbucks restoranlarına daxil ola bilər. Şirkət yalnız yerli ştat və federal səviyyədə yeni qaydalar müəyyənləşdirildiyi halda müştərilərdən maska geyinməyi tələb edəcək.

Starbucks bu qaydaları tətbiq edən ilk böyük pərakəndə ticarət və iaşə şəbəkəsi deyil. Gəlirlərinə görə (549 milyard dollar) 2020-ci ildə dünyanın ən iri şirkəti, 26 ölkədə 11 mindən artıq mağazaya malik Walmart, beşinci qlobal pərakəndə satış şirkəti Costco və alman ərzaq məhsulları şəbəkəsi Trader Joe's də peyvənd olunmuş müştərilərə içəri maskasız daxil olub, gəzməyə icazə verir. Target, Home Depot, Gap və Ultra Beauty kimi iri şəbəkələr isə pandemiya ilə bağlı vəziyyəti izlədiklərini, buna görə də hələ maskalarla balı tələblərin qüvvədə qaldığını bildirir.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.