#Futbol

AVRO-2020: MOİK-in baş məşqçisi Xorvatiya millisində

May 18, 12:19 / Mənbə: Report.az

Rusiyanın MOİK klubunun baş məşqçisi İvitsa Oliç Avropa çempionatı zamanı Xorvatiya millisinin məşqçilər heyətinə qoşulacaq.

"Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yığmada Zlatko Daliçin köməkçilərindən biri olacağı dəqiqləşib.

Oliç 2002 - 2015-ci illərdə Xorvatiya komandasının formasını geyinib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Xorvatiya millisi Çexiya, İngiltərə və Şotlandiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.