#Biznes

Azərbaycan qəhvə idxalına çəkdiyi xərci 5% artırıb

May 18, 12:14 / Mənbə: Report.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 19,9 milyon ABŞ dolları dəyərində qəhvə, çay, mate və ədviyyat idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon ABŞ dolları (4,9%) çoxdur.

4 ay ərzində Azərbaycanın qəhvə, çay, mate və ədviyyat ixracının dəyəri isə 3,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 milyon ABŞ dolları (6,7%) azdır.

Hesabat dövründə qəhvə, çay, mate və ədviyyat üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6%-ni, ixrac isə ümumi ixracın 0,05%-ni təşkil edib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.